https://news.day.az/azerinews/1641343.html
Emin Əmrullayevdən rus dilində təhsillə bağlı AÇIQLAMA
Bizim cəmiyyət elə başa düşür ki, rus bölməsində oxumaq daha yaxşıdır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib. "Azərbaycanda 300-dən artıq məktəbdə rus bölməsi var. Amma bizim üçün bir məktəbdə iki dildə tədris saxlamaq çətindir.
Emin Əmrullayevdən rus dilində təhsillə bağlı AÇIQLAMA

Bizim cəmiyyət elə başa düşür ki, rus bölməsində oxumaq daha yaxşıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
"Azərbaycanda 300-dən artıq məktəbdə rus bölməsi var. Amma bizim üçün bir məktəbdə iki dildə tədris saxlamaq çətindir. Rus bölməsində şagird sıxılığına gəlincə, bunun səbəbi müəllim çatışmazlığıdır.
Rus bölməsində oxumaq heç kəsə Azərbaycan dilini öyrənməmə sərbəstliyini vermir. Bizim problemimiz odur ki, 15-16 yaşında yeniyetmə Azərbaycanda yaşayır, amma Azərbaycan dilində fikrini ifadə edə bilmir", - deyə nazir bildirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре