Quldurluq əməlində şübhəli bilinən şəxsi polis zərərsizləşdirib - DİN
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.
Hadisə yerindən cinayət aləti olan "Makarov" tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре