Bakıda idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək

Bakıda kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyi keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Day.Az-a verilən məlumata görə, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparacaqlar.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.

Yarışlar noyabrın 25-26-da Milli Gimnastika Arenasında təşkil olunacaq.