Bakıda 4 uşaqlı ailədə FACİƏ

Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.

Day.Az Sfera.az-a istinadən xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi "Yeni Masazır" yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.