Təyyarə qəzasında yaralanan 3 Azərbaycan vətəndaşı Aktaudan Bakıya göndərilib

"Azərbaycan Hava Yolların"a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya göndərilib.

Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, Qazaxıstan FHN yaralıların hava limanına nəql edilməsi üçün tam nəqliyyat dəstəyi göstərib.