https://news.day.az/azerinews/1776874.html Azərbaycanlı müğənni ilk dəfə dəbdəbəli VİLLASINI nümayiş etdirdi - VİDEO Tanınmış sənətçi Rəsul Əfəndiyev ilk dəfə olaraq Şəkidəki bağ evini ictimaiyyətə göstərib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, adətən məşhurlar yay aylarında bahalı xarici istirahət məkanlarını seçsələr də, Əfəndiyev ata yurdu Şəkidə dincəlməyi üstün tutub.

Azərbaycanlı müğənni ilk dəfə dəbdəbəli VİLLASINI nümayiş etdirdi - VİDEO

Azərbaycanca, 29 августа 2025 09:18 (UTC +04:00) 473
Azərbaycanlı müğənni ilk dəfə dəbdəbəli VİLLASINI nümayiş etdirdi

Tanınmış sənətçi Rəsul Əfəndiyev ilk dəfə olaraq Şəkidəki bağ evini ictimaiyyətə göstərib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, adətən məşhurlar yay aylarında bahalı xarici istirahət məkanlarını seçsələr də, Əfəndiyev ata yurdu Şəkidə dincəlməyi üstün tutub.

Sənətçi sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə illərdir böyük zəhmət və qayğı ilə əkib-becərdiyi bağ və bağçasını izləyicilərə təqdim edib. O, bağ evindəki meyvə ağaclarını, yaşıllıqları və təbiətin qoynunda keçirdiyi istirahət anlarını nümayiş etdirib.

İzləyicilər Rəsul Əfəndiyevin bu addımını təqdir edərək, doğma torpaqda istirahət etməyin əhəmiyyətini vurğulayıb və sənətçinin təvazökar seçimindən məmnunluqlarını ifadə ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости