https://news.day.az/azerinews/1776958.html Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib - VİDEO Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab olunan, lakin sonradan nəşi tapılan Əliyev Sumbat Nüdrət oğlunun nəşinin qalıqları Füzuli rayonuna gətirilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib - VİDEO

Azərbaycanca, 29 августа 2025 14:16 (UTC +04:00) 432
Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib

Şəhid Əliyev Sumbat doğulduğu Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında hərbi orkestrin dövlət himninin sədaları altında torpağa tapşırılıb.

Mərasimdə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin doğmaları və kənd sakinləri iştirak edib.

xxx

14:24

Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab olunan, lakin sonradan nəşi tapılan Əliyev Sumbat Nüdrət oğlunun nəşinin qalıqları Füzuli rayonuna gətirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Rayonun Aşağı Kürdmahmudlu kəndində, şəhidin doğulduğu evdə keçirilən vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.

xxx

13:17

Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları Füzuliyə gətirilib.

Day.Az xəbər verir ki, Əliyev Sumbat Nüdrət oğlu Birinci Qarabağ müharibəsində -1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab edilib, lakin sonradan nəşi tapılıb.

Xəbər yenilənəcək

  • Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib
  • Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib
  • Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib
  • Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости