Azərbaycan qadın basketbolçuları Avropa Kubokunun finalına yüksəlib

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 3x3 basketbol üzrə Avropa Kubokunda Azərbaycan millisinin qadınlardan ibarət komandası tarixi uğura imza atıb.
Day.Az xəbər verir ki, millimiz qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) yığmalarını məğlub edərək 1/4 finala yüksəlib.
Ardınca Polşa seçməsini 16:13 hesabı ilə üstələyən yığmamız yarımfinalda son Avropa çempionu İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.
Bu nəticə ilə Azərbaycan qadın basketbolu tarixində ilk dəfə 3x3 Avropa Kubokunun finalına yüksəlib.
Həlledici görüşdə yığmamız son dünya çempionu olan Niderlandla qarşılaşacaq. Final oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре