https://news.day.az/azerinews/1782004.html Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar Nizami və Suraxanı rayonlarında oğurluq edənlər saxlanılıblar. DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib.

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Azərbaycanca, 21 сентября 2025 14:00 (UTC +04:00) 371
Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Nizami və Suraxanı rayonlarında oğurluq edənlər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub.

Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.

Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости