“Şimal-Cənub” dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün İşçi qrupu yaradılacaq

"Şimal-Cənub" dəhlizi üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupu yaradılacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşə dair Kommünikedə öz əksini tapıb.
Bildirilib ki, görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb.
Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре