https://news.day.az/azerinews/1789250.html
Oktyabrın 20-dən etibarən Azərbaycanda yağıntılı hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 20-si axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Day.Az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Oktyabrın 20-dən etibarən Azərbaycanda yağıntılı hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 20-si axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Day.Az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Məlumata görə, bəzi ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре