https://news.day.az/azerinews/1790531.html “Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.

“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

Azərbaycanca, 24 октября 2025 14:01 (UTC +04:00) 410
“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.

Day.Az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, bir qədər əvvəl "Sputnik Azərbaycan"ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

Qeyd edək ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") ofisində əməliyyat keçirib. "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousovhəbs edilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости