Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub

Bu gün növbəti köç karvanı ilə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Day.Az xəbər verir ki, Qırımızı Bazara köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə olmaqla, 55 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb.

14:20

xxx

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yola salınan 16 ailə 55 nəfər mənzil başına çatıb.

13:42

xxx

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə 16 ailə olmaqla 55 nəfər Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə daxil olmaqla Qırmızı Bazar qəsəbəsinə ümumilikdə 67 ailə olmaqla 254 nəfər qayıdışı təmin olunub