Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi təsdiq edilib

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi təsdiq edilib.

Day.Az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

 

Sənədə əsasən, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi aşağıdakı kimi olacaq:

  • Mübariz Əhmədov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
  • Elçin Xələfov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru
  • Yaqub Qurbanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin rəisi - xidmət rəisinin müavini
  • Mahir Yolçuyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi
  • Elnur İbrahimov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin Qiymətləndirmə şöbəsinin rəisi
  • Mirnağı Seyidov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin qrup rəhbəri (analitik iş və statistika üzrə)
  • Aytəkin Qasımova - 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu, Azərbaycan Notariat Palatası İdarə heyətinin üzvü
  • Lalə Nağıyeva - Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
  • Fuad Hüseynov - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi