İsa Həbibbəyli Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə aydınlıq gətirib
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə çox təsssüf hissi keçirir.
Bunu Trend-ə bu gün Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransı çərçivəsində AMEA prezidenti İsa Həbibbəyli açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə məhkəmə qərarından sonra baxılacaq:
"Ramiz Mehdiyevə görə AMEA təəssüf hissi keçirir".
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре