https://news.day.az/azerinews/1801174.html Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək. Day.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

Azərbaycanca, 9 декабря 2025 20:25 (UTC +04:00) 370
Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək.

Day.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:

  • əsas iş yerində ezamiyyətə gedən işçiyə - əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
  • əlavə iş yerində ezamiyyətə gedən işçiyə - əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости