https://news.day.az/azerinews/1801209.html Uşaqlı qadınlar və azad edilmiş ərazilərdə çalışanlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik ediləcək. Day.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Uşaqlı qadınlar və azad edilmiş ərazilərdə çalışanlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək

Azərbaycanca, 9 декабря 2025 22:50 (UTC +04:00) 437
Uşaqlı qadınlar və azad edilmiş ərazilərdə çalışanlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik ediləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilərkən uşaqlı qadınlar və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək.

Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости