https://news.day.az/azerinews/1802465.html 5 metrlik ilan şəhər mərkəzində PEYDA OLDU - VİDEO Filippində güclü qasırğa qeyri-adi hadisə ilə nəticələnib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Leqaspi şəhərində sakinlər təxminən 5 metr uzunluğunda nəhəng piton ilanını tutublar. Məlumata görə, "Vilma" adlı qasırğa nəticəsində şəhərin bir hissəsini sel suları basıb.

5 metrlik ilan şəhər mərkəzində PEYDA OLDU - VİDEO

Azərbaycanca, 15 декабря 2025 11:54 (UTC +04:00) 348
5 metrlik ilan şəhər mərkəzində

Filippində güclü qasırğa qeyri-adi hadisə ilə nəticələnib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Leqaspi şəhərində sakinlər təxminən 5 metr uzunluğunda nəhəng piton ilanını tutublar.

Məlumata görə, "Vilma" adlı qasırğa nəticəsində şəhərin bir hissəsini sel suları basıb. Daşqın zamanı meşəlik və çay kənarlarında yaşayan ilanlar suyun təsiri ilə yaşayış ərazilərinə çıxıb. Məhz bu səbəbdən nəhəng piton şəhər ərazisində görünərək sakinlər arasında təşviş yaradıb.

Mütəxəssislər bildirirlər ki, daşqın və təbii fəlakətlər zamanı sürünənlərin insanların yaşadığı ərazilərə gəlməsi nadir hadisə deyil. Qeyd olunur ki, oxşar hallara 2023-2024-cü illərdə də Filippinin Bicol bölgəsində rast gəlinib. Həmin dövrdə də sel basmış küçələrdə iri ölçülü pitonlar tutulmuşdu.

Hadisə bir daha göstərir ki, təbiət hadisələri zamanı insanla vəhşi mühit arasındakı sərhədlər asanlıqla aradan qalxa bilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости