https://news.day.az/azerinews/1802944.html Silk Way West Airlines-a məxsus Boeing 747-8F ilk dəfə Kolumbiyaya eniş edib - VİDEO Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boeing 747-8F tipli yük təyyarəsi Kolumbiyaya eniş edib. Tarixi uçuş Kolumbiyanın paytaxtında yerləşən El Dorado Beynəlxalq Hava Limanında (BOG) həyata keçirilib. Day.Az xəbər verir ki, bu hadisə ölkənin aviasiya tarixində mühüm mərhələ kimi qiymətləndirilir.

Silk Way West Airlines-a məxsus Boeing 747-8F ilk dəfə Kolumbiyaya eniş edib - VİDEO

Azərbaycanca, 16 декабря 2025 20:22 (UTC +04:00) 368
Silk Way West Airlines-a məxsus Boeing 747-8F ilk dəfə Kolumbiyaya eniş edib

Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boeing 747-8F tipli yük təyyarəsi Kolumbiyaya eniş edib. Tarixi uçuş Kolumbiyanın paytaxtında yerləşən El Dorado Beynəlxalq Hava Limanında (BOG) həyata keçirilib.

Day.Az xəbər verir ki, bu hadisə ölkənin aviasiya tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Sözügedən enişlə Boeing 747-8F modelinin Kolumbiya hava limanına ilk gəlişi kimi rəsmiləşib.

Məlumata görə, uçuş Hawks Aviation tərəfindən qeydə alınıb və aviasiya həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Silk Way West Airlines iri tutumlu yük təyyarələri ilə beynəlxalq hava yükdaşımaları sahəsində tanınan aparıcı aviaşirkətlərdən biridir. Bu uçuş şirkətin Latın Amerikası istiqamətində fəaliyyətinin genişlənməsi baxımından da əhəmiyyət daşıyır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости