Göyçayda qadın dəm qazından boğularaq öldü

Göyçayda bədbəxt hadisə baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qadın dəm qazından boğularaq ölüb.

Hadisə dekabrın 21- də baş verib. Belə ki, rayon sakini Mirzəliyeva Lalə İsgəndər qızı evin həyətyanı sahəsində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.