https://news.day.az/azerinews/1807193.html İsveçrədə 9 yanvar Milli Matəm Günü elan edilib İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan olunub. Day.Az xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Gi Parmelen "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.

İsveçrədə 9 yanvar Milli Matəm Günü elan edilib

Azərbaycanca, 4 января 2026 12:34 (UTC +04:00) 332
İsveçrədə 9 yanvar Milli Matəm Günü elan edilib

İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan olunub.

Day.Az xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Gi Parmelen "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.

 

Gi Parmelenin sözlərinə görə, Kran-Montana kurortunda barda baş verən yanğın nəticəsində 40 nəfərin həlak olması ilə əlaqədar olaraq 9 yanvar ölkə üzrə Milli Matəm Günü elan ediləcək.

Məlumata əsasən, saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayacaq. Həmin vaxt İsveçrənin bütün kilsələrində zənglər çalınacaq, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Prezident anım mərasimində şəxsən iştirak edəcəyini də qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости