https://news.day.az/azerinews/1808564.html Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib Yanvarın 11-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanca, 10 января 2026 17:00 (UTC +04:00) 376
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Yanvarın 11-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

"Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək", - xəbərdarlıqda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости