https://news.day.az/azerinews/1808600.html
Zaqatalada minik avtomobili aşıb - Ölən və yaralanan var
Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Day.Az-a bildirilib ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Zaqatalada minik avtomobili aşıb - Ölən və yaralanan var
Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Day.Az-a bildirilib ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Məlumata əsasən, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре