https://news.day.az/azerinews/1814846.html
İrandan Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Day.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
İrandan Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Day.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri - 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре