https://news.day.az/azerinews/1818497.html Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən "Xocalı soyqırımı" abidəsi qarşısında faciənin 34-cü ildönümü ilə əlaqədar əklil qoyulub, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Azərbaycanca, 26 февраля 2026 12:32 (UTC +04:00) 518
Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən "Xocalı soyqırımı" abidəsi qarşısında faciənin 34-cü ildönümü ilə əlaqədar əklil qoyulub, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Day.Az xəbər verir ki, mərasimdə Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Dulse Mariya Viyyeqas, Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev, Mexiko Şəhər Hökumətinin Siyasi strategiyaların koordinasiyası üzrə direktor müavini Mariya Euxeniya de la O Flores, meydanda yerləşən kilsənin administrativ məsələlər üzrə məsul əməkdaşı Karlos Mendoza, Səfirliyin heyəti və Meksikadakı Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Xatırladırıq ki, Tlakskoake-Xocalı meydanında Azərbaycan hökumətinin dəstəyi ilə aparılmış təmir-bərpa və abadlıq işlərinin nəticəsi olaraq 2012-ci ildə həmin meydanın və "Xocalı soyqırımı" abidəsinin rəsmi açılış mərasimi olub. Bundan əlavə, 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi müzakirə edilib, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul olunub, Xocalıda baş vermiş cinayətlər "soyqırımı" ifadəsindən istifadə edilməklə qəti şəkildə pislənib. 

  • Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости