https://news.day.az/azerinews/1829008.html "AtaSığorta"nın lisenziyası ləğv edilib "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib. Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"AtaSığorta"nın lisenziyası ləğv edilib

Azərbaycanca, 20 апреля 2026 11:34 (UTC +04:00) 288
"AtaSığorta"nın lisenziyası ləğv edilib

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv edilib.

"Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.

Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır", - məlumatda vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости