https://news.day.az/azerinews/1832859.html
Göbələkdən zəhərlənən 1 nəfər ölüb
Vyetnamda yabanı göbələklə hazırlanan şorbanı içən 6 nəfər zəhərlənib. Day.Az yerli mediaya istinadən xəbər verir ki, hadisə Son La əyalətində baş verib. Hadisədən sonra qarın ağrısı, qusma və ishal əlamətləri müşahidə olunub. Xəstəxanaya yerləşdirilənlərdən bir qadın həyatını itirib, 5 nəfərin müalicəsi davam edir.
Göbələkdən zəhərlənən 1 nəfər ölüb
Vyetnamda yabanı göbələklə hazırlanan şorbanı içən 6 nəfər zəhərlənib. Day.Az yerli mediaya istinadən xəbər verir ki, hadisə Son La əyalətində baş verib. Hadisədən sonra qarın ağrısı, qusma və ishal əlamətləri müşahidə olunub.
Xəstəxanaya yerləşdirilənlərdən bir qadın həyatını itirib, 5 nəfərin müalicəsi davam edir. Onlardan 4-ü Hanoyda reanimasiyadadır.
Səhiyyə rəsmiləri zəhərlənməyə yüksək istilikdə belə təsirini itirməyən "amatoksin" maddəsi daşıyan ağ göbələklərin səbəb olduğunu ehtimal edir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре