Latviyanın Baş naziri istefa verib
Latviyanın Baş naziri Evika Siliņa istefa verdiyini açırlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Latviya mediası məlumat yayıb.
"Hazırda siyasi qısqanclıq və dar partiya maraqları məsuliyyət hissinə qalib gəlib. Müdafiə naziri vəzifəsinə güclü namizəd gördükləri halda, siyasi boşboğazlar böhranı - hökumət böhranını seçdilər. Buna görə də istefa verdiyimi bəyan edirəm. Bu, asan qərar deyil, lakin mövcud vəziyyətdə dürüst qərardır",- deyə o bildirib.
Qeyd edək ki, mayın 13-də Siliņa hakim koalisiyaya daxil olan "Mütərəqqilər" fraksiyası ilə görüşüb. Həmin koalisiyaya onun rəhbərlik etdiyi "Yeni Birlik" və "Yaşıllar və Fermerlər İttifaqı" də daxildir. Görüşün nəticələrinə əsasən, Seymdə fraksiyanın rəhbəri Andris Suvajev bildirib ki, hökumət faktiki olaraq fəaliyyət qabiliyyətini itirib. O, həmçinin ölkə prezidenti Edqars Rinkeçivsi yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə başlamağa çağırıb.
Xatırladaq ki, Latviyada siyasi böhran mayın 7-nə keçən gecə ölkənin hava məkanına iki pilotsuz uçuş aparatının daxil olmasından sonra başlayıb. Düşən dronlardan biri Rezekne şəhərində yerləşən neft bazasında boş rezervurlardan birinə düşüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре