https://news.day.az/azerinews/1834401.html Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir - FOTO Paytaxtda Ümumdünya Şəhərsalma Forumu - WUF13-lə əlaqədar təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir. Bu barədə Day.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir - FOTO

Azərbaycanca, 14 мая 2026 18:07 (UTC +04:00) 263
Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir

Paytaxtda Ümumdünya Şəhərsalma Forumu - WUF13-lə əlaqədar təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir.

Bu barədə Day.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

  • Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости