https://news.day.az/azerinews/1842749.html Yeni ekspres marşrut fəaliyyətə başlayır 149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.

Yeni ekspres marşrut fəaliyyətə başlayır

Azərbaycanca, 19 июня 2026 18:41 (UTC +04:00) 350
Yeni ekspres marşrut fəaliyyətə başlayır

149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.

Bununla bağlı olaraq, iyunun 22-dən 6 ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə əlaqələndirəcək.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib:

 

"Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərinxidmətində olacaq.

Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.

149E nömrəli ekspres marşrutu üzrə "Sahil" metrostansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi - uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbidayanacaq məntəqələri kimi təyin edilib".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости