https://news.day.az/azerinews/1848356.html Şəmkirdə qida zəhərlənməsi baş verən restoran fəaliyyətini dayandırdı - FOTO AQTA Şəmkirdə qida zəhərlənməsi baş verən restoranın fəaliyyətini dayandırıb. Day.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, Şəmkir rayonunda baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

Şəmkirdə qida zəhərlənməsi baş verən restoran fəaliyyətini dayandırdı - FOTO

Azərbaycanca, 16 июля 2026 11:21 (UTC +04:00) 254
Şəmkirdə qida zəhərlənməsi baş verən restoran fəaliyyətini dayandırdı

AQTA Şəmkirdə qida zəhərlənməsi baş verən restoranın fəaliyyətini dayandırıb.

Day.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Şəmkir rayonunda baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

Agentliyə daxil olan məlumata əsasən, zəhərlənən şəxslərə müvafiq tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.

Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən edilib.

AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, qida nümunələri götürülərək laborator müayinələrə göndərilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

  • Şəmkirdə qida zəhərlənməsi baş verən restoran fəaliyyətini dayandırdı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости