Bu ölkəni vəba təhlükəsi bürüyüb - Yüzlərlə ölüm, minlərlə yoluxma
Nigeriyanın Borno əyalətində vəba epidemiyası sürətlə yayılmaqda davam edir.
Day.Az xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, xəstəlik nəticəsində 198 nəfər ölüb, yoluxma şübhəsi qeydə alınan insanların sayı isə 35 min 500-ü keçib.
Epidemiya may ayının əvvəlindən etibarən davam edir. Bu müddət ərzində 24 mindən çox şəxs tibbi yardım üçün səhiyyə müəssisələrinə müraciət edib. Ağır vəziyyətdə olan xəstələrin müalicəsi məqsədilə bölgədə ixtisaslaşmış vəba mərkəzləri, xüsusi şöbələr və oral rehidratasiya məntəqələri fəaliyyət göstərir.
Mütəxəssislər bildirirlər ki, infeksiyanın yayılma sürəti görülən tədbirlərdən daha yüksəkdir. Təhlükəsiz içməli su çatışmazlığı, zəif sanitariya şəraiti və tibbi xidmətlərə məhdud çıxış epidemiyanın genişlənməsinə səbəb olan əsas amillər hesab edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре