https://news.day.az/azerinews/1872233.html Paşinyan Türkiyəyə səfər edəcək Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər etməyi planlaşdırır. "Armenia Today"in yazdığına görə, bunu ermənistanlı Baş nazir keçirdiyi brifinqdə bildirib. Paşinyan BMT-nin iqlim konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəyini diqqətə çatdırıb.  

Paşinyan Türkiyəyə səfər edəcək

Azərbaycanca, 5 ноября 2026 13:37 (UTC +04:00) 261
Paşinyan Türkiyəyə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər etməyi planlaşdırır.

"Armenia Today"in yazdığına görə, bunu ermənistanlı Baş nazir keçirdiyi brifinqdə bildirib.

Paşinyan BMT-nin iqlim konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəyini diqqətə çatdırıb.

 

"Bəli, COP-da iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram", - deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости