https://news.day.az/azerinews/1872496.html Kameraları sındırıb oğurluq edən şəxs saxlanıldı - FOTO Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Kameraları sındırıb oğurluq edən şəxs saxlanıldı - FOTO

Azərbaycanca, 6 ноября 2026 13:30 (UTC +04:00) 252
Kameraları sındırıb oğurluq edən şəxs saxlanıldı

Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb. O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.

Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Kameraları sındırıb oğurluq edən şəxs saxlanıldı
  • Kameraları sındırıb oğurluq edən şəxs saxlanıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости