Bu ölkədə parlamentə su gəlmir, işıq fasilələrlə verilir
Ukrayna Ali Radasında su və istilik yoxdur, elektrik enerjisi isə fasilələrlə verilir.
Day.Az xəbər verir ki, "Novini Live" portalının məlumatına görə, bu barədə ukraynalı deputat Daniil Getmantsev Telegram kanalında məlumat verib.
O bildirib ki, parlamentdəki şərait Kiyev sakinlərinin üzləşdiyi vəziyyətdən fərqlənmir.
Qeyd edək ki, bundan əvvəl paytaxtda elektrik enerjisinin qəza rejimində verilişi dayandırılıb.
Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi paytaxt regionunda vəziyyətin ölkə üzrə ən mürəkkəb olduğunu açıqlayıb. Elektrik enerjisinin uzun müddət ərzində kəsilməsi fonunda Kiyev sakinləri şəhərin müxtəlif rayonlarında etiraz aksiyalarına çıxıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре