https://news.day.az/azerinews/1872599.html Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - FOTO Noyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.

Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - FOTO

Azərbaycanca, 6 ноября 2026 17:38 (UTC +04:00) 243
Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Noyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.

Day.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu (WUF) və digər beynəlxalq platformalar çərçivəsində sədrlikləri, irəli sürdüyü təşəbbüslər, keçirdiyi yüksək səviyyəli tədbirlər və əldə olunan nəticələr xüsusi vurğulanıb.

Ölkəmizdə 5-6 noyabr tarixlərində BMT İdarəetmə İnnovasiyaları Sammitinin uğurla keçirilməsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində təcrübəsinin, xüsusilə ASAN xidmət modelinin beynəlxalq səviyyədə təşviqi və müxtəlif ölkələrdə tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər qeyd olunub.

Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilədək həyata keçirilməsi prosesinə verdiyi töhfələr, bu istiqamətdə milli səviyyədə görülən tədbirlər, eləcə də beynəlxalq inkişaf gündəliyinə dəstək məqsədilə həyata keçirilən donorluq və humanitar fəaliyyət barədə məlumat verib.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın genişləndirilməsinin, C6 formatının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi, Orta Dəhlizin potensialından səmərəli istifadə, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya və regional tranzit imkanlarının inkişafı məsələlərinə toxunulub.

Nazir Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, müasir infrastrukturun yaradılması və ərazilərin iqtisadi reinteqrasiyası istiqamətində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın işğalı dövründən qalmış mina və partlamamış hərbi sursat təhlükəsinin bərpa-quruculuq prosesinə, insanların təhlükəsizliyinə və dayanıqlı inkişafa yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.

Tərəflər, həmçinin mövcud qlobal və regional təhdidlər, beynəlxalq sülh və təhlükəsizliyə təsir edən çağırışlar, iqtisadi və sosial inkişafın təşviqi, eləcə də BMT çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

  • Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-BMT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости