Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar üzrə daimi ofis yaradıb
Avropa Komissiyası (AK) öz strukturunda Rusiyaya qarşı sanksiyalar üzrə ilk daimi ofis yaradıb.
Bu barədə AK-nin nümayəndəsi Şivon Makqari Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ofis sanksiyaların siyasi səviyyədə hazırlanmasından onların praktiki tətbiqinə və yayınma hallarına qarşı mübarizəyədək bütün proseslərə cavabdeh olacaq.
Makqari Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması üzərində işin davam etdiyini təsdiqləsə də, onun təqdimat tarixini açıqlamayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Aİ-nin sanksiyalarının həddi olmadığını və yeni məhdudiyyətlərin getdikcə daha çox Aİ ölkələrinin öz maraqlarına zərbə vurduğunu bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре