https://news.day.az/azerinews/1875303.html
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
Rusiyanın "Azimuth Airlines" aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində bomba olması barədə xəbərdarlıq edilib. Day.Az xəbər verir ki, "Sukhoi Superjet 100" tipli, RA-89120 qeydiyyat nömrəli təyyarədə 65 sərnişin və 4 ekipaj üzvü olub.
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
Rusiyanın "Azimuth Airlines" aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində bomba olması barədə xəbərdarlıq edilib.
Day.Az xəbər verir ki, "Sukhoi Superjet 100" tipli, RA-89120 qeydiyyat nömrəli təyyarədə 65 sərnişin və 4 ekipaj üzvü olub.
Xəbərdarlıqdan sonra təyyarə təhlükəsizlik tədbirləri görülməklə Antalya hava limanına enib.
Təyyarə təhlükəsiz əraziyə çəkildikdən sonra bomba mütəxəssisləri tərəfindən axtarış aparılması nəzərdə tutulub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре