Həyəcan siqnalı verildi, "İldırım" zenit-raket kompleksləri işə düşdü - FOTOLAR - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.
Day.Az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.
Qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib.
Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре