"iPhone" 8-in yeni görüntüsü yayıldı

Day.Az представляет новость на азербайджанском языке

Uzun müddətdir haqqında söz-söhbətlər gedən "iPhone 8" modelinin yeni videosu yayılıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, görüntülərdə "iPhone 8" modelinin kamerasının şaquli istiqamətdə olması və "home" düyməsinin olmaması açıq-aydın görünür.

Qeyd edək ki, ənənəyə uyğun olaraq bu il "iPhone"nin 7s və 7s plus modeli çıxmalıdır. Bir neçə ay öncə yayılan məlumatlarda "iPhone 8" in təqdim ediləcəyi bildirilib və hətta şəkilləri də verilib. Lakin builki "iPhone" modeli ilə bağlı yeni iddialar səsləndirilib. İddialara görə, "iPhone"nin bu ilki modeli 10-cu ildönümü münasibəti ilə "iPhone X" olacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: