Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTOLAR

13 октября 2017 09:35

Day.Az представляет новость на азербайджанском языке

Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var.

Day.Az APA-ya istinadən xəbər verir ki, qəza paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 163 saylı marşrut xətti üzrə hərəkət edən "Daevoo" markalı avtobus  "Howo" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində avtobusdakı 4 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinikasına yerləşdirilib.
 
İlkin tibbi yardımdan sonra xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.