Vüsalə Kərimova ilə Günel Ələkbərova arasında mübahisə

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Murad Dadaşovun təqdimatında "Xanımlar vs cənablar" şüarı ilə, "ATV" telekanalında yayımlanan "Maşın" şounun növbəti buraxılışında aparıcı Vüsalə Kərimova ilə müğənni Günel Ələkbərova arasında mübahisə olub.

Oxu.Az xəbər verir ki, tanınmışlar şouya gələn gündən onların mobil telefonu əllərindən alınıb. Müğənni Günel Ələkbərova aparıcı Vüsalə Kərimovanın oğlu ilə telefon danışığına iradını bildirib.

"Sən kimsən ki, mənim övaldımla danışığıma qarışırsan? Səsini kəs!", - deyə V.Kərimova G.Ələkbərova ilə mübahisə etməyə başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.