Nadir Qafarzadə bu işə görə bankrot oldu - VIDEO

Day.Az представляет новость на азербайджанском языке
Müğənni Nadir Qafarzadə bir müddət öncə ifa etdiyi "Milyon roz" mahnısına Şamaxıda klip çəkdirib.
Day.Az-ın məlumatına görə, sözləri İlya Reznikə, musiqisi Raymond Paulsa məxsus olan mahnıya yeni ekran həyatını rejissor ER-Togrul verib. Yeni ekran işindən danışan N.Qafarzadə bildirib ki, bəstəni özünəməxsus oxuyub: "Bilirsiniz ki, bu mahnı Alla Puqaçovanın repertuarında sevilib. Mən də fərqli aranjemanda bu mahnıya nəfəs verdim. İndi bir çoxları soruşacaq ki, klipə nə qədər pul xərcləmisiniz? Mən də deyərdim ki, bütün var-dövlətimi bu işdə batırdım. Bankrot oldum. Bütün bunlar boşdu. Ən əsası yekunda yaxşı bir klip alındığını deyə bilərəm. Buna görə də başda rejissor ER-Toğrul olmaqla, ekran işində əziyyəti keçən bütün komandaya təşəkkürümü bildirirəm".
Qeyd edək ki, klipin operatoru Şahmar Səfəroğlu, montajçısı Nail Babayevdir. N.Qafarzadənin tərəf müqabili aktrisa Aydan olub. Qrim işlərini isə Palina Tkocenko edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре