"Çalıquşu"nun Fəridəsi: “Seriala baxanda 12 yaşım vardı” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Aydan Şenerin "Fəridə" rolunu oynadığı "Çalıquşu" onillər əvvəl Türkiyənin ən populyar seriallarından biri idi.
 

Sabah Türkiyənin Kanal D telekanalında ilk seriyası nümayiş ediləcək "Çalıquşu" serialındakı Fəridə isə gənc və populyar türk aktrisa Fahriye Evcendir.

Milli.Az bildirir ki, aktrisa Milliyet qəzetinə serialla bağlı müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik:
 

- Uşaqlıq illərim şən keçmişdi. O illər Almaniyanın Zolingen şəhərində, üç bacımla keçdi. 19 yaşımda isə Türkiyəyə gəldim və burada seriallardan təklif aldım. İndi həm serialda çəkilirəm, həm də Boğaziçi Universitetinin tarix fakültəsində oxuyuram.
 

- Rejissoru Çağan Irmak Olan "Çalıquşu" serialında çəkilişlər barədə nə deyərdiniz?

- Rəşad Nuri Güntəkinin romanını uşaqlıq illərində oxumuşdum. Çox sevirəm bu romanı. Oynadığım Fəridə illər əvvəlki teleserialdakı Fəridədən çox fərqlənir. Daha aktiv, daha enerjilidir. Həmin seriala baxanda 12 yaşım vardı. "Çalıqışı" oxuduğum ilk türk romanı idi.

Türk dilini yaxşı bilməsəm də, romanın ruhu, ideologiyası, həyatı məni çəkdi. Kiçik yaşımda oxuyub bitirdim o romanı.
 

- Seriala təklif alanda nə düşündünüz?

- Təbii ki, çox sevindim. Ssenarini oxuyanda lap həyəcanlandım. Çünki çox fərqli "Çalıquşu", çox fərqli Fəridə alınacaqdı. Üstəlik, əvvəlki serialın təkrarı deyildi.
 

- Nə fərq var ki?

- Bir az daha dinamik, enerjili, templidir. "Çalıquşu" romanını ruhu ağırdır. Romandakı Fəridə təmkinli, səbirli, mühafizəkardır. Mənim Fəridəm isə daha hərəkətli, daha çox gülən, atılıb-düşən qızdır.
 

- Çağan Irmak çox aktyorun birgə işləməyi arzuladığı rejissordur. Siz də belə düşünürdünüz?

- Təbii! Çağan Irmak hər işini seyr etdiyim, hər zaman onunla çalışmağı arzuladığım rejissorlardan biridir. Məncə, bu serialda da fərqini göstərdi.
 

Çəkiliş meydançasında elə müsbət enerji var ki, əsla durmuruq. Sürəkli hərəkətdəyik.

Monitorun arxasındakı Çağanın qışqırtılarını eşidirik: "Daha sürətli, daha tez, daha templi! Haydı!"
 

- "Yaprak dökümü"ndən sonra yenə bir əfsanə roman...

- Və yenə də Rəşad Nuri Güntəkin! Maraqlı oldu. Ədəbiyyatda da klassik əsərləri oxumağı sevirəm.
 

- Fəridənin Kamranı arada bir başqa qadın olduğunu biləndə tərk etməsinə necə baxırsınız?

- Əslində Fəridə üçün bu, lap önəmli məsələ deyil. Onun daha dərin yaraları var.

Fəridə çox kiçik yaşlarında olanda ata-anasını itirən, hər zaman bunun dərdini yaşamış insandır. Ən çox ehtiyac duyduğu duyğular da mərhəmət və şəfqətdir.

- Bəs siz eşqinizdən vaz keçərək belə addım atardınız?

- Fəridə çox fədakardır. Kamranla yaşamı seçmək istərdi, amma seçmir. Mən həyatımda elə fədakar ola bilərdimmi?! Bilmirəm...

- Aydan Şenerin oynadığı "Çalıquşu" unudulmayıb. Siz də bəyəndinizmi o serialı?

- Bəli, mən də Aydan Şeneri çox sevdim. Aydan Şenerin Fəridəsi çox gözəl alındı. Mənim rolum necə olacaq, bilmirəm. Hər halda rolumu yaxşı oynamağa çalışıram.

Böyütmək üçün şəkillərə klikləyin.