Burcu Biricik: “Aktrisaların hamısı ruh xəstəsidir”

Day.Az представляет новость на азербайджанском языке:

"Şərəf məsələsi" serialında Kübra obrazını canlandıran Burcu Biricik aktrisalıq haqda maraqlı fikirlər səsləndirib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisalığın çox çətin bir iş olduğunu dilə gətirən aktrisa peşəsi haqqında təəccüblü açıqlama verib: "Aktyor və aktrisaların hamısının ruh xəstəsi olduğunu düşünürəm. Çünki rol üçün ağlayırıq, rejissor "Kəsdik" deyincə bir anda qəh-qəhələrlə gülürük. Bu normal deyil".

Serialda şiddətə məruz qalan bir qadını canlandıran Biricik gerçək həyatda heç belə bir vəziyyətlə qarşı-qarşıya qalmadığını ifadə edib: "Bu bir az da mənim xarakterimlə əlaqədar bir vəziyyətdir. Mənim kişiyə xas davranışım var. Heç bir zaman tez qırılan, zərif qadın olmadım".