https://news.day.az/society/369532.html
Kəklikotu - dilin ağırlaşması və keyləşməsinə qarşı ən gözəl vasitə
Kəklikotunu xardalda qaynadıb qarqara etmək dilin ağırlaşması və keyləşməsinə qarşı çox yaxşı təsir edir.
Dil şişəndə və onun iltihabı zamanı yaşıl zəyin yanığını dilin altında bir müddət saxlamaq iltihab prosesini zəiflədir. Kahı suyu, turş ayran və gulab da bu cəhətdən xeyirlidir.
İltihab zamanı dildə xırda sızanaqlar əmələ gələrsə, ona şaftalı sürtmək faydalıdır. Bunun üçün daha təsirli dərman kimi balın süd və ya razyana ilə qatışığından istifadə edilir.
Dil gərginləşərsə və qabalaşarsa, çobanyastığı, mərzə və şüyüdü qaynadıb boyuna təpitmə qoyduqda, onların yağı ilə qarqara etdikdə gərginlik aradan qalxır, dil yumşalır. Sumaq yarpağını yaxşıca qaynatmaq, onu bal ilə qatıb bir müddət ağızda saxlamaq da dili yumşaldır. Nanə yarpağını dilə sürtükdə yaxşı təsir göstərir.
***
Nar çiçəyini qaynadıb ağız boşluğunu qarqara etdikdə dişin dibini bərkidir və qanaxmanı kəsir. Sürvə (ada çayı), şərab və zeytun yağının qatışığı da bu cəhətdən xeyirlidir. Çöl nanəsi çeynəmək daha faydalıdır.
Gülxətminin kökünü qaynadıb onun suyu ilə ağızı qarqara etməklə ağrı sakitləşir. Ağrını azaltmaq üçün darçını dişə sürtmək və çeynəmək də kömək edir. Xardalı döyüb dişin dibinə qoymaq şişli ağrıya qarşı çox faydalıdır.
Küt ağrılar olarsa, istiotu sirkədə qaynadıb dişin dibinə qoyurlar.
Diş ağrılarını kəsmək üçün tutun yarpağını və qabığını qaynadıb qarqara etmək və yaxud yovşanı çeynəyib uzun müddət ağızda saxlamaq da xeyirlidir.
Diş ətrafı ətini möhkəmlətmək üçün zeytunu duzlu suda saxlayıb sonra həmin su ilə qarqara etmək faydalıdır.
Kəklikotunu çeynədikdə dişin dibindəki əti möhkəmlədir. Şirin və turş nar şirəsini piyə qatıb dişin dibinə qoyanda da buna yaxşı kömək edir.
Diş dibinin əti zədələndikdə üzüm sirkəsini duzlu suya qatıb ağızda saxlamaq xeyir verir.
Diş dibi ətinin iltihabı və zədələnməsi zamanı qızılgülü döyüb suyunu çıxarır, onu şərabda qaynadaraq qarqara edirlər.
İltihab irinləşməyə doğru gedirsə əzvay yarpağını döyüb bal qatır, məlhəm kimi irinli yerə yaxırlar. Şirin badam, püstə və fındıqdan hazırlanmış dərman da çox faydalıdır.
/Ekspress.az/

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре