Bakıda 2 yük maşını toqquşdu

Day.Az представляет новость на азербайджанском языке.

Hadisə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində tıxacın yaranmasına səbəb olub.
 

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Şahidlərin Anspress-ə verdiyi məlumata görə, Xırdalan qəbristanlığının yaxınlığındakı piyada keçidində iki ağır çəkili yük maşını toqquşub.

Belə ki, arxadan sürətlə gələn yük maşını qarşıdakına çırpılıb. Nəticədə arxadan gələn yük maşınının kabinəsi yerə düşüb. Sürücünün yaralandığı bildirilir. Hadisə Bakı-Sumqayıt yolunun təxminənən 10-cu kilometrliyində tıxacın yaranmasına səbəb olub.