https://news.day.az/society/503800.html
Gəncənin tarixi irsi olan Hüseyniyyə mədrəsəsi...
Day.Az представляет новость на азербайджанском языке.
Bəşər mədəniyyətinin tarixi abidələrə sıx bağlılığı cəmiyyətin səlnaməsində daha aydın nəzərə çarpır. Axı hər bir milli mədəniyyətdə abidələr tarix şahidləridir və bunu heç kəs dana bilməz. Gəncənin tarixi irsi olan Hüseyniyyə mədrəsəsi də bu qəbildəndir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Nizami kitabxanası 19-cu əsrin ən gənc tikilisidir. Xalq arasında Tatlar məscidi kimi tanınan, bu tarixi abidənin adı əslində Hüseyniyyə mədrəsəsidir.
Hazırda kitabxana kimi fəaliyyət göstərən bu abidənin 1886-cı ildə tikildiyi mehrabındakı kitabədə göstərilib. Abidənin tikilməsində bir neçə nəfər iştirak edib. Ustaların tez-tez dəyişdirilməsi isə mehrabın əyri çıxmasına səbəb olub. Bir ustanın işi sonacan görə bilməməsinin səbəbini, professor Sadıq Şükürov öz araşdırmasında maddi çətinliklə bağlı olduğunu göstərib. Abidənin mehrabında hələlik yaxşı oxunan 3 kitabə var. Divar kitabələrindəki yazı tərzinin bir nəfərə məxsus olduğunu, xəttin eyni quruluşa malikliyi ilə müəyyənləşdirmək mümkündür.
Abidənin tikilməsi, adı və tarixi haqqında çox kiçik bir tarixçəni kitabələrdən əldə edirik. Həmin kitabələrin üçüncüsündə məlumat verilir ki, bu mədrəsənin yerini öz mülkündən şahzadə Bəhram Mirzənin qızı Səbiyyə xanım vəqf edib.
Abidə tikildikdən sonra məscid kimi istifadə olunsa da, bu, uzun müddət davam etməyib. 19-cu əsrin sonlarından başlayaraq, "Hüseyniyyə"nin otaqları Puşkinin 100 illiyi şərəfinə kitabxana kimi istifadə olunmağa başlayıb. Binanın cənub tərəfə baxan divarı vaxtilə uçub-dağılıb, sonradan bərpa olunarkən çay və mişar daşından istifadə olunub. Daha sonra binaya Nizami - Puşkin kitabxanası adı verilir. Hətta xalq rəssamı Toğrul Nərimanbəyov Nizaminin yubileyi ərəfəsində binanın içəri divarında iki dahi şairin şəkillərindən ibarət rəsm nümunəsi yaradıb.
Hazırda isə binada Nizami adına 19 saylı kitabxana fəaliyyət göstərir. Bütün deyilənlərə rəğmən, əsrlərin zülmətindən, istisindən, soyuğundan keçib, müasir dövrə gəlib çıxan acısını-şirinini qəlbində saxlayıb, ürəyini heç kəsə açmayan abidələrin tarixilik baxımından öyrənilməsi çox vacibdir. Təhlili vacib sayılan tarixin bu lal şahidləri əslində bilmək istədiyimiz, amma bilmədiyimiz çox mətləblərdən halidirlər. Bunu nəzərə alaraq deməliyik ki, adi bir kurqanın daxili və xarici keyfiyyətlərinə görə tarixi baxımdan qiymətləndirilməsi tədqiqatçı alimlərin diqqətində olmalıdır.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре