Pakistanda dəhşətli terror: 65 ölü, 300 yaralı - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке

22:53

Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

-------------

21:27

Terrorçu kamikadze adam dolu lunaparkda özünü partladıb.

Pakistanın Lahor şəhərində terror hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, terrorçu kamikadzenin lunaparkda özünü partlatması nəticəsində 55 nəfər həyatını itirib, 200 nəfər yaralı isə xəstəxanalara yerləşdirilib. Hadisə lunaparkda baş verdiyindən həlak olanların və yaralılaraın əksəriyyətini uşaq və qadınlar olduğu bildirilir.

Gülşən əl-İkbal parkının çıxış qapısında, uşaq yelləncəklərinin bir neçə metr uzaqlığında baş verən terror aktını hələ ki, heç bir qruplaşma öz üzərinə gpötürməyib.

Terror hadisəsində əsas hədəfin Pasxa bayramı üçün gəzməyə çıxan xristian ailələri olduğu bildirilir.

Lahor Pakistanın ən böyük şəhəri və Pəncab əyalətinin paytaxtıdır.

Son günlər dünya terror hadisələrinin cəngindədir. Martın 22-də Belçikanın paytaxtı Brüsseldə  aeroport və metro stansiyasında  partlayışlar baş verib. Nəticədə 34 nəfər həlak olub, 270 nəfər yaralanıb. 

Terrora görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. 

Bundan bir neçə gün əvvəl isə Martın 13-də Türkiyənin paytaxtı Ankaradakı "Qızılay" meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, Ankarada son bir ayda baş verən ikinci terror aktıdır. Son dəfə belə hadisə fevral ayının 17-də törədilib. İçərisində hərbçilər olan avtobusun partladılması nəticəsində 28 nəfər ölüb. Onlarla insan yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.