Könül Kərimova villasını satır

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Könül Kərimova şəhərdə yerləşən villasını satışa çıxarıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "10-dan sonra" verilişində deyib. 

O, buna səs-küyün səbəb olduğunu bildirib: 

"Bu evi satışa çıxartmalı olmuşam. Bir az əziyyət çəkirik, səs-küy var. Sənət adamları sakit yerdə yaşamalı, səsdən uzaq olmalıdırlar.

Hələ bu evə yeni köçəndə qonşular mənim mahnıma yüksək səs verib, maşınla o başa, bu başa gedirdilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.